Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədəki mövcud yaşıllıqlara MKTİB tərəfindən xüsusi qulluq göstərilir

31 oktyabr 2024 | 17:18

Ölkə prezidentinin müvafiq göstərişinə uyğun olaraq respublikamızda sağlam ekoloji mühitin qorunması istiqamətində görülən işlər davam etdirilir. Bu məqsədlə Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin tabeli qurumları tərəfindən şəhər ərazisində mövcud və yeni əkilən ağaclara, aqrtotexniki qulluq göstərilir, suvarılması təmin edilir.

Bundan başqa çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi, ağacların budanması işləri müntəzəm şəkildə həyata keçirilir.

Məlumat üçün bildirək ki, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində bu günə qədər Gəncə şəhərinin müxtəlif ərazilərində torpaq-iqlim şəraitinə uyğun olaraq 10 200 ədəd ağac əkilib.

Əkilən ağacların suvarılması məqsədilə MKTİB tərəfindən su çalaları qazılır və şumlama işləri aparılır. Bununla yanaşı, ərazilərin sanitar təmizliyi də daim nəzarətdə saxlanılır, mütəmadi olaraq abadlıq işləri davam etdirilir.

Qeyd edək ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Gəncə şəhər ərazisində həyata keçirilən yaşıllaşdırma aksiyalarının məqsədi ictimaiyyətin diqqətini yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə, həmçinin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədi daşıyır.

Keçidlər