Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədəki Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub

05 may 2024 | 11:26

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd edilib. Qərb bölgəsində yaşayan pravoslavlar ötən gecədən başlayaraq məbədə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd ediblər.

Bu gün səhər saatlarında icra edilən mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və DQİDK-in Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri iştirak ediblər.

Bayram münasibətilə icra edilən ayinlərdən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra Pasxa bayramında vacib sayılan bir sıra dini ayinlər icra edilib, şamlar yandırılıb, dualar oxunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov burada yaşayan pravoslavları Pasxa bayramı münasibətilə təbrik edib. Şəhər rəhbəri tərəfindən Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinə bayram sovqatı göndərilib.

Keçidlər