Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Yaşıl şəhər" layihəsinə dair müzakirələr aparılıb

05 iyul 2022 | 16:46

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının həyata keçirdiyi "Yaşıl şəhər" layihəsi ətrafında müzakirələr aparılıb.

Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Gəncə Azərbaycanın ilk şəhəri olaraq "Yaşıl şəhər" layihəsinə qoşulub. O qeyd edib ki, bu layihə Gəncə sakinləri üçün önəmli hadisələrdən biridir. Şəhər rəhbəri "Yaşıl şəhər" layihəsinin həyata keçirilməsinin Gəncə şəhəri üçün  sevindirici hal olduğunu vurğulayıb. Niyazi Bayramov bu istiqamətdə  aparılan işlərdə öz dəstəyini əsirgəməyəcəyini deyib və layihənin gedişatına uğurlar diləyib.

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə rəhbəri Kamola Mahmudova səmimi görüş üçün Niyazi Bayramova təşəkkür edib. O qeyd edib ki, "Yaşıl Şəhər" layihəsi Gəncə şəhərinə ən aktual ekoloji problemləri və iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək. Kamola Mahmudova layihənin üç mərhələdən ibarət olduğunu diqqətə çatdırıb. Bunlar bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırma sisteminin və ictimai nəqliyyatın yenilənməsidir.  Kamola Mahmudova görüləcək işlərin hər biri şəhərin ekoloji vəziyyətinə müsbət təsir edəcəyini deyib.   

Mövzu ətrafında geniş müzakirələr zamanı, ilkin mərhələdə Gəncənin məişət tullantıları poliqonunun ətrafının hasarlanmasının və  yaşıllıq zolaqlarının salınmasının nəzərdə tutulduğu da diqqətə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər