Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“Gəncənin mədəni irsini tanıyaq” mövzusunda maarifləndirici tədbir keçirilib

02 dekabr 2024 | 11:14

Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin birgə təşkilatçılığı və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun iştirakı ilə “Gəncənin mədəni irsini tanıyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi Xəlil İbrahimov, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Məhərrəmov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini Fəqan Məmmədov, müəllimlər və tələbələr iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün  Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən dövlət mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri tarixi-mədəni irsin qorunması və təbliği, eləcə də dünya mədəni irsi sahəsində maarifləndirilmənin aparılmasıdır. O da qeyd olunub ki, “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş siyahılara əsasən, Gəncə şəhər ərazisində qeydiyyata alınmış dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin sayı 258-dir. Bunlardan 1-i dünya əhəmiyyətli, 37-si ölkə əhəmiyyətli və 220-si isə yerli əhəmiyyətlidir.    

Çıxışlardan sonra iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb,  onların sualları cavablandırılıb.

 

Keçidlər