Gəncənin müxtəlif ərazilərində qanunsuz küçə ticarətinə qarşı reydlər davam edir
06 dekabr 2024 | 17:05
Məlum olduğu kimi, “İşçi qrupları” tərəfindən mütəmadi olaraq qanunsuz küçə ticarətinə qarşı monitorinqlər keçirilir. Bu dəfə “İşçi qrupu”nun üzvləri şəhərin H.Əliyev və Atatürk prospektlərində, o cümlədən Z.Hacıyev küçəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparıblar.
Aparılan izahedici söhbətlərdən sonra protokollar tərtib edilib, səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunub.
Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq Sərəncamı ilə şəhər ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə komissiya yaradılıb və “İşçi qrupları” fəaliyyətə başlayıb.