Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin növbəti raket atəşinə məruz qalmasından 4 il ötür

08 oktyabr 2024 | 09:24

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən üçüncü dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.

Belə ki, 08 oktyabr 2020-ci ildə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə növbəti dəfə atəşə tutulub. Digər iki terrordan fərqli olaraq bu gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. Nəticədə ölən və yaralananlar olmasa da, bir əsrdən çox tarixə malik olan Aleksandr Nevski kilsəsinə, o cümlədən M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbə, qeyri-yaşayış obyektlərinə, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 142 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Keçidlər