Gəncənin nümayəndə heyəti Qırğızıstanın Oş şəhərinə səfər edib
5 oktyabr – Qırğızıstanın Oş şəhərinin günü münasibətilə şəhərdə silsilə tədbirlər keçirilir. Tədbirlərdə Azərbaycanın Gəncə, Çinin Şıjiazjuan, Türkiyənin Manisa, Özbəkistanın Əndican və Namanqan, eləcə də Rusiyanın Yaroslavl, Rostov-na-Donu və İrkutsk şəhərlərindən nümayəndə heyətləri iştirak ediblər.
Gəncə şəhərini tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev təmsil edib.
Oş şəhərinin meri Janarbek Akayev qardaş şəhərlərdən gələn nümayəndə heyətlərini qəbul edib. Görüşdə şəhərlər arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ticarət-iqtisadi əlaqələrin inkişafı, investisiya, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Görüşün sonunda nümayəndə heyətlərinin üzvləri qarşılıqlı hədiyyələr təqdim ediblər.






