Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncənin nümayəndə heyətinin Çindao şəhərinə səfəri davam edir

22 aprel 2026 | 12:25

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Çinin Çindao şəhərində yerləşən “Haitian” Mənzərə və İncəsənət Mərkəzində olub.

Nümayəndə heyəti mərkəzin fəaliyyəti, müasir şəhərsalma konsepsiyası, dəniz sahili boyunca yaradılan istirahət zonaları və incəsənət məkanları ilə tanış olub. Burada şəhərin turizm potensialını artıran müasir memarlıq və urban dizayn nümunələri barədə məlumat verilib. Bildirilib ki, mərkəz Fuşan körfəzi sahilində, Musiqi meydanının yaxınlığında yerləşən üç göydələndən ibarət çoxfunksiyalı kompleksdir.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları daxildir.

 

Keçidlər