Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin şəhidləri dəfn olunublar

16 sentyabr 2022 | 09:38
 
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Gəncədən olan şəhidlər əsgər Əliyev Üzeyir Sabir oğlu, gizir İmamverdiyev Asiman Mehman oğlu və Hüseynov Erkin Ədalət oğlu təşkil olunan vida mərasimlərindən sonra torpağa tapşırılıblar.
Mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhəbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.
Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü şəhid Üzeyir Əliyevin nəşi vida mərasimindən sonra Göygöl rayonuna yola salınıb. O, Göygölün Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Ordusunun giziri, 1988-ci il təvəllüdlü şəhid Asiman İmamverdiyev isə Gəncənin Şəhidlər xiyabanında dəfn olunub.
Yaşadığı ünvanda keçirilən vida mərasimindən sonra Azərbaycan Ordusunun şəhidi, 1998-ci il təvəllüdlü Erkin Hüseynovun nəşi Gəncənin Şəhidlər xiyabanına gətirilərək, dəfn olunub.
Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.
Vətən sağolsun!
Keçidlər