Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin ümumtəhsil məktəblərində “Son zəng” səslənib

14 iyun 2024 | 15:54

14 İyun 2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri həyata keçirilib.

Tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təsdiqlədiyi təhkimçilik siyahısına əsasən şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən qonaqlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğıdan bəhs ediblər. Həmçinin, şagirdlərə öz ürək sözlərini bildiriərərk, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar. Mərasim məzunların hazırladığı “Son zəng” əbədi-bədii kompozisiyalarla davam edib. Bununla yanaşı, tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə “Fəxri fərman”, “Təşəkkürnamə” və diplomlar təqdim olunub.

Sonda “Son zəng” səslənib.

Onu da qeyd edək ki, bu il məzun olan şagirdlərin arasında Azərbaycanın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın da övladları yer alıblar. Belə ki, Şəhid Araz Məmmədovun övladı Əli Məmmədov Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin, Şəhid Asəf Maşıyevin övladı Fatimə Maşıyeva isə Gəncə şəhər 28 nömrəli tam orta məktəbin məzunu olublar. Rəsmilər tərəfindən şəhid övladları ayrı-ayrılıqda son zəng münasibətilə təbrik edilib, hədiyyələr təqdim olunub.

Məlumat üçün bildiririk ki, 2023-2024-cü tədris ilində Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən 45 ümumi təhsil məktəbinin XI sinfini 3169 nəfər məzun bitirib.

Keçidlər