Gəncənin “Yaşıl Şəhər Fəaliyyət Planı” ilə bağlı görüş keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə iştirakı ilə Gəncənin “Yaşıl Şəhər Fəaliyyət Planı” ilə bağlı görüş baş tutub.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Natali Muravidze, AYİB-in “Yaşıl Şəhərlər” proqram rəhbəri Lin O Qreydi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin və regional idarələrin rəhbərləri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları salamlayaraq bildirib ki, ölkə rəhbəri, möhtərəm Prezident cənab İlham Əliyevin şəhərimizə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda Avropa Yenidənqurma və Inkişaf Bankınin "Yaşıl şəhərlər" Proqramına ilk olaraq məhz Gəncə şəhəri qoșulub. Gəncə Şəhər İcra Hakimiyyəti ilə Avropa Yenidənqurma və lnkişaf Bankı arasında Proqrama qoşulmaya dair saziş 3 mart 2020-ci il tarixində imzalanıb. Sazişə əsasən ilkin olaraq 3 prioritet istiqamət müəyyənləşdirilib. Bunlar bərk məișət tullantılarının idarə edilməsi, şəhərin küçə işiqlandirması sisteminin və ictimai nəqliyyatın yenilənməsidir.
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Natali Muravidze bildirib ki, AYİB Gəncənin inkişafında maraqlıdır və şəhərinin infranstrukturun yaxşılaşdırılması üçün 26 fəaliyyət istiqaməti müəyyənləşdirlib. Natali Muravidze qeyd edib ki, “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanmasına 2022-ci ilin iyul ayında başlanıldığını diqqətə çatdırıb. O qeyd edib ki, 2023-cü ilin avqust ayında fəaliyyət planının ilkin variantı hazır olaraq İşçi Qrupuna təqdim edilib. Müvafiq dövlət qurumlarının rəy və təklifləri nəzərə alınaraq, 15 noyabr 2023-cü ildə Fəaliyyət planının yekun variantı təqdim olunub.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının “Yaşıl şəhərlər” Proqramı üzrə məsul nümayəndəsi Nicat Ağayev və Avropa Yenidənqurma və lnkişaf Bankının məsul əməkdaşı Real Hacıyev təqdimatla çıxış ediblər.
Gəncənin “Yaşıl Şəhər Fəaliyyət Planı”nın təqdimatından sonra iştirakçıların rəy və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.