Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Qadına qarşı şiddətə son” mövzusunda tədbir keçirilib

29 noyabr 2023 | 15:18
29 Noyabr 2023-cü ildə Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Beynəlxalq Xəstəxananın dəstəyi və Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı ilə  Azərbaycan Dövlət Aqrar Universitetində "Qadına qarşı şiddətə son” şüarı altında tədbir keçirilib.
 
Tədbirdə Gəncə Nizami Bələdiyyəsinin sədr müavini, Gender Əsaslı Komissiyanın sədri Leyla Məmmədova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete, ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, Gəncə şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin nümayəndəsi Tural Eldarov, Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının Terapevt – Endekrinoloqu Şəhla Verdiyeva, “Təmas” İctimai Birliyi nümayəndələri Südabə Məmmədova, Kubra Ələkbərova iştirak ediblər. 
 
Bildirilib ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Kampaniya çərçivəsində qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nikaha cəlb olunması, qadınlara qarşı hər cür zorakılıq və qısnamalarla mübarizə məsələləri ilə bağlı cəmiyyətə mühüm mesajlar ötürülür. “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında keçirilən 16 Günlük Fəallıq Kampaniyası, həm də bütün ölkəni əhatə etməsi ilə səciyyələnir. O da qeyd olunub ki, Azərbaycan Respublikası da hüquqi dövlət olaraq beynəlxalq mübarizə günlüyünə qoşulur, hər il dövlət qurumları və vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə paytaxt və regionlarda bir sıra mühüm tədbirlər həyata keçirilir. Bu fəaliyyətin nəticəsi olaraq qanunlar qəbul edilmiş, qeyd edilən məsələlər Dövlət Proqramlarında və Milli Fəaliyyət Planlarında öz əksini tapmışdır.
 
Qeyd edək ki, Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyası maarifləndirmənin əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında aparılmasının vacibliyini nəzərə alaraq, kampaniya çərçivəsində silsilə tədbirlərin keçirilməsinə start verib.
 
 
Keçidlər