Gürcüstanın Gəncədəki Baş konsulu “Azəralüminium” MMC-ni ziyarət edib
Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze şəhərdə fəaliyyət göstərən "Azəralüminium” MMC-də olub. Konsulu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev müşaiyət edib.
Kaxaber Abdaladze cəmiyyətin rəhbərliyi ilə görüşüb, həmçinin müəssisənin istehsal imkanları ilə tanış olub. Bildirilib ki, “Azəralüminium” MMC – Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı şirkəti, həmçinin Cənubi Qafqazda yeganə ilkin aluminium istehsalçısıdır. Şirkətin əsas müəssisəsi olan Alüminium Kompleksi Gəncə şəhərində yerləşir. Burada ilkin alüminium, fasiləsiz tökmə rulonlar və soyuqyayma məhsulları istehsal olunaraq dünyanın bir çox xarici ölkələrinə ixrac edilir.
Görüşün sonunda rəsmilər zavodun fəaliyyətinə uğurlar arzulayıblar.