Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gürcüstanın Gəncədəki Baş konsulu “Gəncə Şərab – 2” ASC-də olub

18 fevral 2025 | 17:29

Gürcüstan Respublikasının Gəncə şəhərindəki Baş konsulu Kaxaber Abdaladze Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevlə birgə “Gəncə Şərab – 2” ASC-ni ziyarət edərək, müəssisənin fəaliyyəti ilə yaxından tanış olub.

Bildirilib ki, Gəncə şərab zavodunun əsası 1984-ci ildə qoyulub. 1998-ci ildə zavod tamamilə yenidən qurulub və aparıcı Avropa şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub. Rəsmilərə müəssisədə istehsal olunan məhsul çeşidi və həcmi, o cümlədən ixrac olunan ölkələr barədə  də məlumat verilib.

Qaxaber Abdaladze və Adil Tağıyev zavodun fəaliyyətinə uğurlar arzulayıblar.

Keçidlər