İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Gəncədə vətəndaş qəbulu keçiriblər
23 iyun 2023 | 19:17
23 İyun 2023-cü il tarixində İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Gəncə şəhərində vətəndaşlarla görüşüblər.
Görüşdən öncə rəsmilər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra Zaur Əliyev və Vüqar Qurbanov “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin konfrans zalında Gəncə və ətraf bölgələrdən olan vətəndaşların müraciətlərini dinləyiblər.