Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

İcra başçısı “Kəpəz”in növbəti oyununu şəhid övladları ilə birlikdə izləyib

02 noyabr 2026 | 14:57

Misli Premyer Liqasının X turu çərçivəsində “Kəpəz” Peşəkar Futbol Klubu Gəncə Şəhər Stadionunda “İmişli” PFK ilə qarşılaşıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, bələdiyyə sədrləri, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları şəhid övladları ilə birlikdə qarşılaşmanı stadiondan izləyiblər.

Oyun “Kəpəz”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün yeganə qolunu 77-ci dəqiqədə Namiq Ələsgərov vurub.

Bu qələbədən sonra “Kəpəz” 17 xalla turnir cədvəlinin beşinci pilləsinə yüksəlib.

Qeyd edək ki, Gəncə Şəhər Stadionu UEFA tərəfindən 4-cü kateqoriyalı arena statusuna layiq görülüb. İki il ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü işlər nəticəsində stadion beynəlxalq tələblərə uyğunlaşdırılıb. Bu status Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarını, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmaları qəbul etmək imkanı yaradır.

Keçidlər