İcra başçısı şəhid ailələri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhid ailələri ilə görüşərək onların müraciət və qayğıları ilə maraqlanıb.
Görüş zamanı şəhid ailələri tərəfindən əsasən məşğulluq, mənzil növbəliliyi, şəhidlərin adlarının əbədiləşdirilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Niyazi Bayramov qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlərə qəbul zamanı aydınlıq gətirilib, əlavə araşdırma tələb edən məsələlərin isə aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsi və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində tədbirlərin görülməsi tapşırılıb.
Qəbulda iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






