Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

II Milli Yaylaq Festivalına hazırlıq işləri yekunlaşmaq üzrədir

28 iyul 2022 | 10:32
 
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birlikdə II Milli Yaylaq Festivalına hazırlıq işləri ilə yerində tanış olub. 
 
"Cavadxan" Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, II Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, hazırda II Milli Yaylaq Festivalının keçiriləcəyi etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, "Yaylaq (k/t) bazarı", "Sənətkarlıq güşəsi", "Dədə Qorqud ocağı" (tamaşalar üçün səhnə), "Yaylaq yatağı" (k/t heyvanları üçün yerlər), "Pəhləvan meydanı" (yarış sahəsi), "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" (yaylaq kulinariyası) və digər müxtəlif mövzulu sahələr qurulur. 
Niyazi Bayramov və Elvin Paşayev ərazini gəzərək, görülən işlər, qurulan müxtəlif mövzulu sahələrlə tanış olublar. 
 
II Milli Yaylaq Festivalı 29-31 iyul tarixlərinə Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında keçiriləcək. 
 
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti II Milli Yaylaq Festivalının rəsmi tərəfdaşlarından biridir.
Keçidlər