Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

III MDB Oyunları ərəfəsində Azərbaycan Üzgüçülük Federasiyası (ASF) Gəncədə təlim-məşq toplanışına başlayıb

08 sentyabr 2025 | 18:51

Azərbaycan Üzgüçülük Federasiyası Gəncədə təlim-məşq toplanışına start verib. Üzgüçülük üzrə milli komandanın üzvləri, həmçinin ölkəmizi III MDB Oyunlarında təmsil edəcək idmançılar bu gün Gəncə şəhərinə gəliblər. Onlar arasında 13-14 sentyabr 2025-ci il tarixlərində keçiriləcək “ASF Ganja Cup 2025” turnirinin iştirakçıları da var.

İdmançıları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, "Rövşən Oğuz Qrup" MMC-nin Baş direktoru Hafiz Mustafayev, həmçinin şəhərin idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Şəhər rəhbəri üzgüçülərlə görüşərək, onlara yarışlarda uğurlar arzulayıb.

Müəllim və idmançılar Gəncə İdman Sarayının hotelində yerləşdiriliblər.

Xatırladaq ki, Gəncə şəhəri III MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növləri üzrə yarışlara ev sahibliyi edəcək. Mötəbər idman tədbirinin açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda baş tutacaq. Üzgüçülük yarışları isə 28 sentyabr – 2 oktyabr tarixləri arasında Gəncə İdman Sarayında keçiriləcək.

 

Keçidlər