Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

III MDB Oyunları ilə əlaqədar Gəncənin su təchizatına baxış keçirilib

15 sentyabr 2025 | 16:42

Bu ilin 28 sentyabr – 8 oktyabr tarixlərində keçiriləcək III MDB Oyunları ərəfəsində Gəncə şəhərində idman obyektləri, mərkəzi küçə və prospektlərin su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, xidmətdə yaradılmış komissiya üzvləri, sədr vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun rəhbərliyi ilə Gəncədə müxtəlif infrastruktur obyektlərinə baxış keçiriblər.

Sukanal idarəsində texnika və avadanlıqların hazırkı vəziyyəti dəyərləndirilib, oyunlar dövründə daha çevik və məsuliyyətli işləmək tövsiyə olunub. “Dəyirmi masa”da keçirilən müzakirələrdə iş qrafiki dəqiqləşdirilib və bildirilib ki, oyunlar zamanı idarə gücləndirilmiş rejimdə çalışacaq.

Komissiya üzvləri Olimpiya Kompleksi, Gəncə İdman Sarayı, Şəmkir Sutəmizləyici Qurğular Kompleksi və yenidən qurulan Gəncə Stadionunda su təminatının vəziyyətini yerində yoxlayıblar.

 

Keçidlər