Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

“İpək Yolu” Beynəlxalq Musiqi Festivalı çərçivəsində ziyalılarla görüş keçirilib

02 iyul 2026 | 17:13

Gəncə Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Gəncədə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir.

Festival çərçivəsində Mir Cəlal Paşayev Ev Muzeyində ziyalılarla görüş təşkil olunub. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əliyeva, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Aygün Səmədzadə və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Qonaqlar əvvəlcə Mir Cəlal Paşayev Ev Muzeyi ilə tanış olub, görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin zəngin həyat və yaradıcılığını əks etdirən eksponatlara baxış keçiriblər.

Daha sonra çıxış edənlər “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının ölkələr arasında mədəni əlaqələrin inkişafına, milli musiqi irsinin təbliğinə və gənc istedadların tanıdılmasına mühüm töhfə verdiyini bildiriblər. Qeyd olunub ki, bu kimi beynəlxalq festivalların Azərbaycanda, xüsusilə də qədim mədəniyyət mərkəzi olan Gəncədə keçirilməsi böyük əhəmiyyət daşıyır.

Görüş bədii proqramla davam edib, gənc istedadların ifasında musiqi nömrələri təqdim olunub.

Qeyd edək ki, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iyulun 3-dək davam edəcək.

 

Keçidlər