Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

"Kəpəz" bu dəfə doğma meydanda "Zirə"ni qəbul edib

10 mart 2023 | 23:04

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. Açılış matçında "Kəpəz" "Zirə"ni qəbul edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazı, Millət vəkili Müşfiq Cəfərov, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, iş adamı Zəfər Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və digər rəsmilər oyunu stadionda izləyiblər.
Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bölgə təmsilçisinin qolunu 38-ci dəqiqədə Fərid Nəbiyev vurub. Qonaqlarda isə Hamidu Keyta 83-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Kəpəz" 7-ci pillədə qərar tutub, 37 xala malik "Zirə" isə 4-cü sıradadır.

Keçidlər