"Kəpəz" doğma meydanda "Qarabağ"ı qəbul edib
04 fevral 2023 | 16:58
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib. Günün yeganə oyununda "Kəpəz" "Qarabağ"ı qəbul edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Müşfiq Cəfərov və digər rəsmilər oyunu stadionda izləyiblər.
Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 24-cü dəqiqədə Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı açıb. 49-cu dəqiqədə meydan sahiblərindən Ahmed Ayzaya bərabərlik qolunun müəllifi olub.
Xallarının sayını 57-yə çatdıran Qarabağ liderdir. 14 xala malik Gəncə klubu isə 9-cu pilləyə yüksəlib.