Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Leyla Əliyeva Gəncədə uşaqlar üçün şənlik bəxş etdi.

02 iyun 2022 | 08:04

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Gəncə şəhərində valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi keçirilib.

Gəncə Uşaq Evi və SOS Uşaq Kəndləri Gəncə filialının nəzarətində olan, eləcə də şəhid ailələrindən olan şənlikdə 150 nəfərdən çox uşaq iştirak edib.  

Tədbirdə uşaqlar üçün bayram süfrəsi açılıb, animator və maskotlar musiqi sədaları altında balaca dostları əyləndirib, onlar üçün maraqlı oyunlar təşkil edib, əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.

Qeyd edilməlidir ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrdən olan uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən onlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilir.

Keçidlər