MDB-nin İcraiyyə Komitəsinin nümayəndəsinə “Gəncə” VK-nın forması təqdim olunub
18 iyun 2025 | 09:40
MDB-nin İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehir Hojizadə və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Gəncə İdman Sarayında “Gəncə” Voleybol Klubunun prezidenti Elvar Osmanovla görüşüblər. Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildikdən sonra Manuçehir Hojizadəyə “Gəncə” VK-nın forması hədiyyə olunub.
Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar olaraq Gəncə “MDB-nin idman paytaxtı” seçilib. Bununla əlaqədar olaraq, 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin (MDB) İdman Paytaxtı sertifikatı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim edilib.






