“Məqsəd və Nəticə: Uğura Aparan Yol” mövzusunda tədbir keçirilib
20 may 2026 | 17:02
Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə fəal üzvlərinin və M.Hadi adına 10 nömrəli tam orta məktəbin şagirdlərinin təşəbbüsü ilə “Məqsəd və Nəticə: Uğura Aparan Yol” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə fəal üzvləri, həmçinin 10 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Qeyd edək ki, əsas məqsəd gənclərin motivasiyasının artırılması, onların qarşıya qoyduqları hədəflərə daha inamla irəliləmələrinə dəstək göstərilməsi, eləcə də uğura aparan yol barədə maarifləndirici müzakirələrin aparılması olub.






