Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən növbəti maarifləndirmə tədbiri həyata keçirilib

27 avqust 2024 | 15:37

“SİZE” MMC-də keçirilən toplantıda işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılıb. İclasda  həmçinin, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, Gəncə şəhər Statistika İdarəsinin, DİİXİHİ Gəncə Şəhər Komitəsinin və şirkətin əməkdaşları iştirak ediblər.

Xatırladaq ki, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər