Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti toplantısı keçirilib

30 iyul 2026 | 17:25

“Premium” oteldə  təşkil olunan görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən filialı, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən regional filialı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional şöbəsinin nümayəndələri, o cümlədən otelin əməkdaşları iştirak ediblər.

Toplantıda qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı qanunvericiliyin təqdim etdiyi imkanlar və tətbiq olunan sanksiyalar müzakirə edilib. İclasda həmçinin işsizliyin azaldılması məqsədilə işaxtaran və işsiz şəxslərin qısa müddətdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr kimi hazırlanmasında peşə hazırlığının rolu vurğulanıb.

Xatırladaq ki, bu istiqamətdə maarifləndirmə tədbirləri davam etdiriləcək.

 

 

Keçidlər