Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Milli Məclisin deputatı Müşfiq Cəfərov Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə fəalları ilə görüşüb

21 may 2026 | 15:52

Gəncə şəhəri M. Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə “Uşaqlarla Parlament Dialoqu” adlı görüş keçirilib.

Görüşdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, o cümlədən Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə fəal üzvləri iştirak ediblər.

Müşfiq Cəfərov iştirakçıları salamlayaraq, gənclərə xoş arzularını çatdırıb, onların cəmiyyətin inkişafında fəal iştirakının vacibliyini vurğulayıb. Deputat bildirib ki, uşaqların və yeniyetmələrin fikir və təşəbbüslərinin dinlənilməsi, onların ictimai proseslərə cəlb olunması gələcəyin sağlam və məsuliyyətli vətəndaşlarının formalaşmasına mühüm töhfə verir.

Görüş çərçivəsində açıq müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, gənclərin fikir və təşəbbüsləri dinlənilib.

Tədbir interaktiv mühitdə keçərək şagirdlərin böyük marağına səbəb olub.

 

Keçidlər