Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Milli Qəhrəman Natiq Qasımovun anası ziyarət olunub

15 iyul 2024 | 16:36

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru İlkin İsmayılov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovanı ziyarət edib, onun səhhəti ilə maraqlanıblar.

Görüşdə Milli Qəhrəman Natiq Qasımovun keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər. O da qeyd olunub ki, şəhid ailələri və müharibə iştirakçıları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

Milli Qəhrəmanın anası ona göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərinə oz dərin təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, Dursun Qasımovanın səhhəti ilə bağlı məsələ Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun diqqətindədir. Belə ki, Milli Qəhrəmanın anası həkim-terapevt və həkim-cərrah tərəfindən evində müayinə olunub, ilkin olaraq təyin edilən dərman preparatları ilə təmin edilib. Hazırda Dursun xanım ambulator müalicə alır. Bundan əlavə, Milli Qəhrəman Natiq Qasımovun ailəsinə maddi yardım da göstərilib.

Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb. Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.

Xatırladaq ki, Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. 25 İyun 2024-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

Keçidlər