Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edib
15 dekabr 2022 | 07:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.
14 dekabr 2022-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhər Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
Qəbuldan əvvəl Mübariz Qurbanlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Görüşdə sakinlərin ərizə, müraciət və təkliflərinə baxılıb. Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri bölgə şöbəsinin məsul şəxsinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.