Mürsəl İbrahimov Gəncədə vətəndaş qəbulu keçirib
13 Dekabr 2024-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında Gəncə və ətraf bölgələrdə yaşayan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Mürsəl İbrahimov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə birgə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib.
Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Sakinlərin müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.