Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Türkiyənin Gəncədəki Baş Konsulluğunda olub

10 fevral 2023 | 14:16

Türkiyənin Gəncədəki Baş Konsulluğunun önündə qardaş ölkənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilir.

10 fevral 2023-cü il tarixində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Birinci Qarabağ Müharibəsində şəhid olan Mehman Bayramovun və Aprel döyüşlərində şəhid olan Vaqif Bayramovun anası Zeynəb Bayramova ilə birgə Baş konsulluğun qarşısında yaradılan guşəni ziyarət edib, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq önünə gül dəstələri düzüb, Konsulluqdakı Başsağlığı kitabına ürək sözlərini yazıb.

Vüqar Novruzov Baş konsul Recep Öztopa zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, zəlzələdən zəzərçəkənlər üçün Naftalan şəhərində də humanitar yardım toplanıb və Gəncə şəhərində yaradılan məntəqəyə gətirilib.

Xatırladaq ki, 6 fevral 2023-cü il tarixində Türkiyədə 7,6 və 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə minlərlə sakin həlak olub. Ölkədə həlak olanların xatirəsini anmaq üçün 7 günlük matəm elan edilib.

Keçidlər