Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə AMEA Gəncə Bölməsində dəyirmi masa keçirilib

19 fevral 2024 | 14:25

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən,   AMEA Gəncə Bölməsində “Naxçıvan bölgəsinin qədim tarixinin araşdırılması və erməni yalanlarının ifşa edilməsi” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin təşkilatçılığı ilə həyata kreçirilib.

Dəyirmi masada Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, AMEA Gəncə Bölməsinin sədrinin müavini Sara Əzizova, o cümlədən AMEA Gəncə Bölməsinin Diyarşünaslıq, Humanitar Tədqiatlar institutlarının və Nizami Gəncəvi Mərkəzinin  əməkdaşları iştirak ediblər.

Toplantıda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamının müddəaları üzrə, Azərbaycan Milli Elmlər Akademiyasında və onun Gəncə Bölməsində müvafiq tədbirlər planı hazırlandığını bildirilib.

Sonra AMEA Gəncə Bölməsinin əməkdaşlarının elmi xarakterli məruzələri  dinlənilib.

Dəyirmi masa məruzələr ətrafında müzakirələrlə davam edib.

Keçidlər