Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov 14 iyun - Ümumdünya Qan Donoru Günü münasibətilə "Fəxri donor" elan olunub

13 iyun 2023 | 18:45

 

Niyazi Bayramov 14 iyun - Ümumdünya Qan Donoru Günü münasibətilə "Fəxri donor" elan olunub 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının Gəncə Bölməsinin baş həkimi Vüsalə Əhmədova ilə görüşüb. Söhbət zamanı hər il dünyada 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunduğu bildirilib. Vurğulanıb ki, bu günün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır.

Daha sonra Vüsalə Əhmədova qan donorluğunda fəal iştirakına və qana ehtiyacı olan insanların həyatını xilas etdiyi üçün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova “Təşəkkürnamə” təqdim edib. Eyni zamanda, Niyazi Bayramov Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən "Fəxri donor" elan olunub. 

Niyazi Bayramov öz növbəsində göstərilən diqqət üçün minnətdarlığını bildirib. 

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər