Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov 2022-ci ildə Avropa və Dünya çempionatlarında fərqlənən idmançılarla görüşüb

15 aprel 2022 | 17:40

Gəncə Şəhər İcra Hakimiyyətində  respublika və beynəlxalq yarışlarda  yüksək nəticələr qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, 2 nömrəli Uşaq Gənclər İdman-Şahmat  Məktəbinin direktoru Asif Həsənov iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan Niyazi Bayramov Prezident, Milli Olimpiya Komitəsinin sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkədə idman sahəsində böyük inkişafa nail olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki,   idmanda qazandığımız nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın əldə etdiyi medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında  mövqeyinin xeyli güclənməsinə, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınmasına səbəb olub. Bu gün Gəncə şəhərindən olan idmançılarımızın beynəlxalq arenada yüksək nəticələr əldə etdiyini diqqətə çatdıran şəhər rəhbəri, bu münasibətlə onları təbrik edib və yeni nailiyyətlər arzulayıb. 

Ramil Orucov öz növbəsində idmançıları təbrik edərək bildirib ki, ölkə rəhbərliyinin idmançılara göstərdiyi xüsusi diqqət və qayğıdan ruhlanan  idmançılarımızın respublika birinciliklərində və beynəlxalq yarışlarda yüksək nəticələr qazanması, ölkəmizin və şəhərimizin idman şərəfini ləyaqətlə qoruması, bayrağımızın yüksəldilməsi, himnimizin səsləndirməsi hər bir şəhər sakini üçün qürurverici anlar yaşadır.

Həmid Nəsirov görüşdə şəhərin idman sahəsində görülən işlərdən, həmçinin iştirak edən idmançıların nailiyyətlərindən bəhs edib. O, 2022-ci ilin ilk rübündə idmançılarımızın Gəncə şəhərinə ümumilikdə 91 medal gətirdiklərini bildirib.  

İdmançılar və məşqçilər ölkədə idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Görüşün sonunda Niyazi Bayramov tərəfindən idmançılara mükafatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Keçidlər