Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov 8 nömrəli tam orta məktəbdə sakinlərlə görüşüb

14 oktyabr 2025 | 16:30

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti səyyar görüşünü M.P. Vaqif adına 8 nömrəli tam orta məktəbdə keçirib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Sakinlərin müraciətlərini dinləyən Niyazi Bayramov işlə təminat, maddi yardımın göstərilməsi, ara küçələrin asfaltlanması və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib. İcra başçısı səsləndirilən müraciətlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Görüşdən sonra Niyazi Bayramov Uşaqların Müdafiəsi İdarəsinin M.P. Vaqif adına 8 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən əməkdaşları ilə görüşüb və xatirə şəkli çəkdirib.

 

Keçidlər