Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov ADAU-da tələbələrin təcrübə imkanları ilə yaxından tanış olub

31 oktyabr 2023 | 18:08

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər icra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Azərbaycan Dövlət Aqrar Univrsitetində (ADAU) olublar.

Universitetin Qapalı və açıq balıq yetişdirmə laboratoriyalarına baş çəkən şəhər rəhbərinə məlumat verilib ki, burada tələbələr balıq kürüsünün alınması, mayalandırılmasından başlayaraq bütün texnoloji proseslərdə iştirak edir, həmçinin müxtəlif növ balıqların yetişdirilməsi və yemləndirilməsi texnologiyasına yiyələnirlər.

Sonra Universitetin Bağçılıq kafedrasının nəzdində fəaliyyət göstərən meyvə bağına baxış keçirilib. Bildirilib ki, sahədə əkilmiş müxtəlif meyvə ağacları və tərəvəz bitkiləri tələbələrin bağçılıq sahəsində bütün prosesləri yaxından təcrübə etmələri üçün mühüm əhəmiyyətə malikdir.

Yüksək texnologiyalı suvarma sistemi mərkəzi ilə tanış olan Niyazi Bayramova mərkəzin tələbələrin müasir texnologiyalar ilə tanışlığı və istifadəsi üçün nəzərdə tutulduğu bildirilib.

Sonda tələbələrlə kollektiv şəkil çəkdirilib.

Keçidlər