Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən Gəncə şəhər məktəblərinin məzunları ilə görüşüb

02 sentyabr 2026 | 15:38

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən Gəncə şəhər məktəblərinin məzunları ilə görüşüb.

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Təhsil İdarəsinin məsul əməkdaşları,  və məzunlar iştirak ediblər.

Görüş zamanı Elçin Kərimov 2025/2026-cı tədris ilində Gəncə şəhəri üzrə təhsil sahəsində əldə olunan nəticələr barədə məlumat verib. Bildirilib ki, ötən tədris ilində Gəncə şəhərindən respublikanın ali təhsil müəssisələrinə qəbul olunanların sayı 1700-dən çox olub. Bu göstərici şəhər üzrə məzunların ümumi sayının 56,2 faizini təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə müsbət dinamikanın göstəricisidir. Qeyd olunub ki, cari ildə Gəncə şəhər məktəblərinin 91 məzunu ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib.

Niyazi Bayramov məzunları təbrik edib, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayıb. O, gənclərin qazandığı uğurların Gəncənin təhsil ənənələrinin və təhsil müəssisələrində aparılan məqsədyönlü işlərin nəticəsi olduğunu vurğulayıb.

Məzunlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda məzunlarla xatirə şəkli çəkdirilib və onlara hədiyyələr təqdim olunub.

Keçidlər