Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov Aparatın qadın əməkdaşlarını 8 Mart münasibətilə təbrik edib

06 mart 2026 | 17:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Aparatın qadın əməkdaşlarını səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb. O, bildirib ki, Azərbaycan qadınları hər zaman sədaqəti, təmkini, ailəsinə bağlılığı, fədakarlığı və nəcibliyi ilə seçilirlər. Şəhər rəhbəri vurğulayıb ki, demokratik cəmiyyətin inkişafında mühüm rol oynayan qadınlar ölkənin dövlət idarəçiliyində, eləcə də mədəni, pedaqoji və elmi həyatında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Tədbirdə çıxış edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Gəncə şəhər komitəsinin sədri Mahmud Fərzəliyev də xanımları bayram münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxışlardan sonra DİİXİHİ Gəncə şəhər komitəsi tərəfindən xanım əməkdaşlara hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər