Niyazi Bayramov asudə vaxtında şəhər sakinləri ilə görüşüb
18 mart 2026 | 17:51
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovla birgə asudə vaxtında şəhər sakinləri ilə görüş keçirib. Görüş zamanı şəhər rəhbəri sakinlərlə səmimi söhbət edib, onları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib.
Həmçinin Niyazi Bayramov Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində çalışan əməkdaşlarla da görüşüb.
Sakinlər isə öz növbələrində göstərilən diqqət və qayğıya, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinə görə dövlət başçısına və şəhər rəhbərinə dərin təşəkkürlərini bildiriblər.






