Niyazi Bayramov asudə vaxtında vətəndaşlarla görüşərək onların müraciətlərini dinləyib
02 aprel 2026 | 16:09
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri və Aparatın məsul əməkdaşları ilə birgə asudə vaxtında şəhər sakinləri ilə görüş keçirib. Şəhər rəhbəri bu dəfə Məhsəti qəsəbəsinə səfər edərək sakinlərlə səmimi söhbət aparıb.
Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Sakinlər isə göstərilən diqqət və qayğıya, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinə görə dövlət başçısına və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.






