Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov “Azərbaycandan Səs” sosial platformasının təsisçisi ilə görüşüb

16 aprel 2026 | 17:37

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov asudə vaxtında Cavadxan küçəsində gəzinti zamanı şəhərin turizm potensialını, eləcə də tarixi abidələrini “Azərbaycandan Səs” sosial platformasında tanıdan gənc blogger Ramil Məmmədov ilə görüşüb.

Niyazi Bayramov şəhərin tarixi abidələrinin və maddi-mədəni irsin qorunması istiqamətində aparılan işlərdə, həmçinin turizm potensialının artırılmasında sosial şəbəkələrin rolunun danılmaz olduğunu vurğulayıb. O bildirib ki, bu sahədə görülən işlər yeni nəslin maariflənməsində mühüm əhəmiyyət daşıyır. Şəhərin tanıdılmasında Ramil Məmmədov kimi gənc bloggerlərin fəaliyyətini təqdirəlayiq hesab edən şəhər rəhbəri ona gələcək işlərində uğurlar arzulayıb.

Ramil Məmmədov isə öz növbəsində göstərilən diqqət və qayğıya görə şəhər rəhbərinə təşəkkürünü bildirib, Gəncənin gözəlliklərinin işıqlandırılmasında bundan sonra da fəal iştirak edəcəyini qeyd edib.

Görüş istirahət məkanlarından birində davam edib.

Keçidlər