Niyazi Bayramov AzTV-nin bölgə müxbiri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Televiziyasının (AzTV) Qərb bölgəsi üzrə müxbiri Xaliq Qurbanovla görüşüb.
Səmimi söhbət şəraitində keçirilən görüşdə Prezident İlham Əliyevin ölkədə media sahəsinə göstərdiyi diqqət və qayğıdan, medianın inkişafı və jurnalistlərin peşə fəaliyyətinin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.
Bildirilib ki, media cəmiyyətin məlumatlandırılmasında, ölkədə və bölgələrdə baş verən mühüm hadisələrin ictimaiyyətə operativ və obyektiv şəkildə çatdırılmasında mühüm rol oynayır. Bu baxımdan jurnalistlərin peşəkarlığı, məsuliyyəti və hadisələrə obyektiv yanaşması xüsusi əhəmiyyət daşıyır.
Görüşün sonunda Niyazi Bayramov Xaliq Qurbanovu media sahəsində göstərdiyi səmərəli fəaliyyətə, bölgədə baş verən ictimai, sosial, mədəni və digər əhəmiyyətli hadisələrin operativ və obyektiv işıqlandırılmasına, peşəkarlığına və jurnalistikanın inkişafına verdiyi dəyərli töhfələrə görə “Təşəkkürnamə” ilə təltif edib.






