Niyazi Bayramov “Bakinskiy Raboçiy” qəzetinin yeni təyin olunmuş xüsusi müxbiri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin təsisçisi olduğu “Bakinskiy Raboçiy” qəzetinin Qərb və Aran bölgəsi üzrə yeni təyin olunmuş xüsusi müxbiri Mətləb Həsənovla (Qaryağdı) görüşüb.
Niyazi Bayramov bildirib ki, hər bir ölkənin, cəmiyyətin inkişafında media mühüm rola malikdir və əksər demokratik dövlətlər bu sahənin inkişafına böyük əhəmiyyət verirlər. Dövlətin hərtərəfli dəstəyi ilə əhatə olunan ölkə mediası da böyük inkişaf yolu keçib.
Şəhər rəhbəri qeyd edib ki, Gəncə möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi qayğısı ilə əhatə edilib. Bu qayğının nəticə kimi burada gedən quruculuq işləri, icra olunan genişmiqyaslı infrastruktur layihələri daim diqqət mərkəzindədir və mərkəzi mətbuatda geniş işıqlandırılır. “Bakinskiy Raboçiy” qəzeti də bu işdə öndə gedən mərkəzi mətbu orqanlardan biridir.
Niyazi Bayramov Mətləb Həsənovu (Qaryağdı) təyinatı ilə bağlı təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.