Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov “BakuBus” MMC-nin Gəncə Avtoparkına yeni təyin olunmuş rəhbəri ilə görüşüb

27 avqust 2026 | 10:44

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “BakuBus” MMC-nin Gəncə Avtoparkına yeni təyin olunmuş rəisi İlham Nəsrəddin oğlu Rüstəmov ilə görüş keçirib.

Görüş zamanı şəhər rəhbəri bildirib ki, ötən il Prezident İlham Əliyevin iştirakı ilə “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışı olub. Gəncənin nəqliyyat və sərnişindaşıma infrastrukturunun müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bu layihə şəhər sakinlərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və ictimai nəqliyyatın müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir.

Qeyd olunub ki, layihənin həyata keçirilməsi ölkə rəhbərliyinin regionların müasirləşdirilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və bölgələrin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərin mühüm göstəricilərindəndir.

Niyazi Bayramov İlham Rüstəmovu yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Keçidlər