Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Beynəlxalq İdman Atıcılığı Federasiyasının nümayəndələri ilə görüşüb

04 avqust 2022 | 14:57

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Beynəlxalq İdman Atıcılığı Federasiyası (ISSF) Texniki Komitəsinin üzvü və Texniki Direktoru Wilhelm-Xaver Grill və Arxitektor Rosane Batista Ramosla hazırda inşası davam edən Gəncə İdman Sarayında görüşüb.

Qonaqlar Gəncə İdman Sarayının inşası ilə yerində tanış olub, burada görüləcək işlərlə bağlı məlumatlandırılıblar. Söhbət zamanı Gəncə şəhərinin infrastuktur və loqistika baxımından çox əlverişli olduğu vurğulanıb. Burada beynəlxalq yarışların keçirilməsinin mümkünlüyü qeyd olunub. Görüşdə atıcılıq üzrə Avropa çempionatının Gəncə İdman Sarayında təşkil edilməsi ətrafında müzakirələr aparılıb.

Niyazi Bayramov Gəncədə beynəlxalq idman yarışlarının keçirilməsini yüksək dəyərləndirib, bunun həm idman sahəsi, həm də şəhər iqtisadiyyatının inkişafı üçün çox faydalı olacağını bildirib.

Məlumat üçün bildirək ki, qonaqlar Gəncə İdman Sarayından sonra Gəncə Dövlət Dram Teatrının yeni istifadəyə verilmiş binası ilə də tanış olublar.

Keçidlər