Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb

13 oktyabr 2023 | 17:11

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət qurumları şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də bu kateqoriyadan olan vətəndaşlar  daim diqqət mərkəzindədirlər.

Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramov Birinci Qarabağ müharibəsində şəhid olan şəxslərin ailə üzvləri ilə görüşüb və onların müraciətlərini dinləyib.

Şəhid ailələri tərəfindən səsləndirilən bir çox məsələlər yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.

Qəbulda müraciət edən şəhid ailələri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər