Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov Çanaqqala Döyüşləri Mobil Muzeyini ziyarət edib

21 oktyabr 2025 | 09:56

Gəncə Şəhər İcra Hakimiyyətinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Gəncədə Çanaqqala döyüşlərinin 110-cu ildönümü münasibətilə “Çanaqqala Döyüşləri Mobil Muzeyi” ziyarətə açılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop muzeyi ziyarət edərək burada nümayiş olunan eksponatlarla tanış olublar.

Bildirilib ki, “Çanaqqala Döyüşləri Mobil Muzeyi” layihəsi 2020-ci il iyulun 2-dən fəaliyyətə başlayıb. Layihə çərçivəsində müharibə dövrünə aid müxtəlif materiallar, videolar və döyüş obyektləri nümayiş etdirilir. Səs effektləri, xüsusi ab-hava və dizaynı ilə bu muzey əbədiyaşar Çanaqqala ruhunu Türkiyənin və dünyanın müxtəlif bölgələrinə daşımağı hədəfləyir.

Sonda xatirə şəkli çəkdirilib.

 

Keçidlər