Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov COP29 çərçivəsində Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlərin Görüşündə iştirak edib

20 noyabr 2024 | 15:58

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində təşkil olunmuş Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlərin Görüşündə iştirak edib.

Görüşdə ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin və digər rəsmilərin çıxışları dinlənilib.

Tədbirdə  şəhər infrastrukturuna, enerji səmərəli binalara və dayanıqlı nəqliyyat sistemlərinə sərmayəni artırmaq üçün innovativ maliyyələşmə mexanizmlərinə və daha güclü tərəfdaşlıqlara ehtiyac olduğu vurğulanıb. Bununla yanaşı, urbanizasiya baxımından ən sürətlə inkişaf edən regionlardan biri kimi, ölkəmizin şəhərsalma ilə birlikdə gələn problemlərin həllinə sadiq olduğu bildirilib və bu istiqamətdə işlərin sürətlə aparıldığı diqqətə çatdırılıb.

Xatırladaq ki, ölkəmizdə noyabrın 12-dən başlayaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına start verilib. Paytaxt Bakıda COP 29un Liderlər Sammitinin başlaması tarixi əhəmiyyəti olan bir hadisədir. Dünyanın 196 ölkəsi Bakıda birgə səylərlə iqlim dəyişmələrinin vura biləcəyi zərərləri aradan qaldırmağı davamlı olaraq müzakirə edir.

Keçidlər